Motosiklet sürücüsü Meryemin faciəvi ölümü! - Ürək parçalayan son paylaşım



 22:30 28.03.2023     445

İzmirin Torbalı rayonunda avtomobilin vurduğu motosikletin sürücüsü Meryem Balım (22) ölüb, onun arxasında oturan dostu Ayşin K. isə ağır yaralanıb.

Demedia.az xəbər verir ki, qəza dünən axşam saatlarında Ayrancılar Mahallesi Köhnə Pancar yolu üzərində meydana gəldi. Ayrancılar Mahallesi-Pancar Məhəlləsi istiqamətində hərəkət edən Meryem Balım rəhbərliyindəki 35 BET 358 nömrəli motosiklet Ç.Ç.-nin idarə etdiyi 35 LK 921 nömrəli avtomobil tərəfindən vurulub.

Toqquşmanın şiddəti ilə Balım və onun arxasında əyləşən dostu Ayşin K. yola atılıb. Yoldan keçən digər vasitə sürücülərinin xəbəri ilə hadisə yerinə jandarma və sağlamlıq qrupları sövq edildi. Sağlamlıq qrupları Meryem Balımın hadisə yerində öldüyünü təyin edərkən, yoldaşı Ayşin K. ağır yaralanıb. Vəziyyəti ağır olan Ayşin K. Qaziemir Nevvar Salih İşgören Xəstəxanasına çatdırılaraq müalicə altına alınıb. Qəzanın Meryem Balımın dostu Ayşin K.-ni motosikleti ilə tərk etmək istədiyi zaman baş verdiyi öyrənilib.

İstintaq başlatan jandarma avtomobil sürücüsü Ç.Ç-ni saxlayıb.

Digər tərəfdən Balım qəzadan əvvəl sonuncu fotosunda motosikletini paylaşması ilə diqqət çəkib.

Aysun / Demedia.az