Zəlzələnin yeni görüntüləri: İnsanlar son anda xilas edildi



 23:09 28.03.2023     578

Kahramanmaraşda baş verən ikinci zəlzələnin yeni görüntüləri ortaya çıxıb.

Demedia.az xəbər verir ki, görüntülərdə nəqliyyat vasitələrinin və insanların saniyələr içində qaçdığı anlar əks olunub.

Türkiyəni heyrətə salan Kahramanmaraş zəlzələlərinin yeni görüntüləri ortaya çıxmaqda davam edir. İkinci zəlzələnin episentri Elbistan səmtinin Günəşli məhəlləsi, Həkim Həsənbəy küçəsində bir iş yerinin təhlükəsizlik kamerası olub və o anlar saniyə-saniyə qeydə alınıb. Zəlzələ zamanı binaların təşviş içində olduğu və dağılmış binaların toz buludlarına büründüyü ərazidən insanlar qaçmağa başlayıb. Görüntülərdə zəlzələdən saniyələr əvvəl yoldan keçən vasitələrin və bir atanın 2 övladının və bir nəfərin son anda çökən binalardan qaçma anları da əks olunub.

Pişiklərin belə qaçdığı zəlzələ anı fəlakətin şiddətini bir daha ortaya qoydu.

Aysun / Demedia.az