İsveç ordusu tiktok tətbiqindən istifadəni qadağan etdi



 12:14 29.03.2023     290

İsveç ordusu təhlükəsizlik baxımından hərbçilərin tiktok tətbiqindən istifadə etməsini qadağan edib.

Demedia.az xəbər verir ki, bu barədə İsveçin Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, tiktokdan istifadəni qadağan edən qərar qüvvəyə minib. Nazirlik, qərarın "tətbiqin istifadəçi məlumatlarını və sahibi olan “ByteDance” şirkəti haqqında ortaya çıxan hesabatları necə emal etdiyi"nə əsaslanaraq, qəbul edildiyini açıqlayıb.

Bildirilir ki, bu qadağa digər Avropa İttifaqı ölkələri tərəfindən son həftələrdə tətbiq edilən oxşar məhdudiyyətlərdən sonra həyata keçirilib.

Bahadur Seyidov