Macarıstanın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi gecikə bilər
İsveçin Macarıstanı tənqid etməsi iki ölkə arasında problemlər yaradıb və bu səbəbdən Macarıstanın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi gecikə bilər.
Demedia.az xəbər verir ki, Macarıstan hökumətinin sözçüsü Zoltak Kovacs belə açıqlama verib. O bildirib ki, iki ölkə arasında problemin aradan qaldırılması üçün hər iki tərəfdən əhəmiyyətli səylər tələb olunacaq.“İsveçin NATO-ya qəbulu şikayətlərimizi, diplomatik ittihamları, hörmətin olmaması ilə bağlı narahatlığımızı dilə gətirdiyimiz üçün problemlərlə üzləşib” - hökumətin sözçüsü Zoltak Kovacs deyib.
Qeyd edək ki, Macarıstan parlamenti aylarla davam edən etirazlardan sonra Finlandiyanın NATO üzvlüyünü təsdiq edən qanunu qəbul edib. İsveçin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsi isə parlamentdə gözləyir.
Bahadur Seyidov