Konstitusiya islahatı siyasi sistemin tamamilə yenilənməsinə gətirib çıxardı - Qazaxıstan prezidenti



 14:48 29.03.2023     323

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev bildirib ki, 19 martda keçirilən parlament seçkilərinin nəticələri ölkəsinin çoxpartiyalı sistemə doğru atdığı addımın göstəricisidir.

Demedia.az xəbər verir ki, Prezident Qasım-Jomart Tokayev parlamentin aşağı palatasının 8-ci dövrünün açılış iclasında çıxış edib. Ölkədə son bir ildə konstitusiya referendumu başda olmaqla hərtərəfli siyasi islahatlar həyata keçirdiklərini bildirən Tokayevin sözlərinə görə, konstitusiya islahatı siyasi sistemin tamamilə yenilənməsinə gətirib çıxarıb.

O bildirib ki, vətəndaşların ölkə siyasətində iştirak imkanları xeyli genişləndirilib.Tokayev sözügedən islahatları “güclü prezident, effektiv parlament və hesabatlı hökumət” əsasında həyata keçirdiklərini bildirib və əlavə edib ki, insanlar həyatın bütün sahələrində baş verən dəyişiklikləri hiss edib.

Bahadur Seyidov