Şotlandiyanın yeni regional Baş naziri Həmzə Yusuf rəsmən fəaliyyətə başladı



 15:42 29.03.2023     345

Şotlandiyanın yeni regional Baş naziri Həmzə Yusuf and içərək rəsmən fəaliyyətə başlayıb.

Demedia.az xəbər verir ki, Həmzə Yusuf Şotlandiyanın Edinburq şəhərindəki Şotlandiya Ali Məhkəməsində keçirilən mərasimdə Baş Hakim və yüksək səviyyəli hakimlərin iştirakı ilə krala sədaqət andı içərək rəsmi olaraq Şotlandiyanın Regional Baş Naziri olub. Məlumata görə, Pakistan əsilli 37 yaşlı Həmzə Yusuf yeni kabinetin nazirlərinin adlarını elan edib.

Qeyd edək ki, Həmzə Yusif Şotlandiyanın ilk müsəlman baş naziri olub.

Bahadur Seyidov