Qazaxıstanda hökumət istefa verdi



 16:24 29.03.2023     301

Qazaxıstanda Alihan İsmayılovun rəhbərlik etdiyi hökumət istefa verib.

Demedia.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin ofisindən məlumat verilib. Prezident Qasım-Jomart Tokayev konstitusiyaya uyğun olaraq martın 19-da keçirilən parlament seçkilərindən sonra Alihan İsmayılovun rəhbərlik etdiyi hökumətin istefasını təsdiq edən fərmanı imzalayıb. Fərmanda bildirilirdi ki, Məclis yeni kabinet üzvlərini təsdiq edənə qədər hökumət öz vəzifələrini yerinə yetirməyə davam edəcək.

Qeyd edək ki, Prezident Tokayev parlamentin aşağı palatasının 8-ci dövr açılış iclasında verdiyi açıqlamada bildirib ki, baş nazir postuna namizədi seçkilərdə ən çox səs toplayan Əmanət partiyası təklif etməldir. Bu, siyasi məsuliyyətin tələbidir.

Bahadur Seyidov