Valensiya şəhərində meşə yanğınları davam edir



 16:55 29.03.2023     311

İspaniyanın şərqindəki Valensiya şəhərində meşə yanğınları davam edir.

Demedia.az xəbər verir ki, Villanueva de Viver kəndində martın 23-də başlayan yanğını nəzarət altına almaq hələlik mümkün deyil. İndiyədək 1700 insan evlərini tərk etmək məcburiyyətində qalıb. Yanğın zamanı 4900 hektardan çox ərazi külə dönüb. Yanğınsöndürənlərlə yanaşı, əsgərlər də söndürmə işlərinə dəstək verir.

Qeyd edək ki,  İspaniyada uzun müddətdir ki, quraqlıq hökm sürür və üç il ərzində yağıntılar orta səviyyədən aşağıdır. Avropa Meşə Yanğınları İnformasiya Sisteminin məlumatına görə, ötən il ölkədə 493 yanğın baş verib, 307 min hektar əraziyə ziyan dəyib.

Bahadur Seyidov