BMT-nin tələbimizi rədd etməsi təəssüf doğurur - Peskov



 17:05 29.03.2023     286

“Biz təəssüf edirik ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası “Şimal axını” partlayışları ilə bağlı müstəqil araşdırma tələbimizi rədd edib”.

Demedia.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov belə deyib. O bildirib ki, Rusiyanın təşəbbüsü rədd edilsə də, Moskva tərəfi məsələnin bağlanmaması üçün səylərini davam etdirəcək. “Həqiqətin üzə çıxması üçün ölkələrin “Şimal axını”na hücumların araşdırılmasına dəstək vermək lazımdır” - Peskov deyib.

Qeyd edək ki, Rusiya və Çin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında “Şimal axını” qaz kəmərlərinə hücumları araşdırmaq üçün komissiya yaradılmasını təklif ediblər. Rusiya, Çin və Braziliya bu təklifə “hə” deyə səs verib. Albaniya, İngiltərə, Qabon, Qana, Malta, Mozambik, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Fransa, İsveçrə, Ekvador və Yaponiya isə bitərəf qalıb. Beləliklə, bu təklif BMT TŞ-də qəbul edilməyib.

Bahadur Seyidov