ABŞ bazalarına hücumlara cavab veriləcək - Kirbi



 17:42 29.03.2023     315

“ABŞ əsgərlərinin yerləşdiyi bazalara hücumlara istədiyimiz vaxtda və vasitə ilə cavab veriləcək”.

Demedia.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi belə deyib. O bildirib ki, İranın dəstəklədiyi qruplar İraq və Suriyada ABŞ əsgərlərinin yerləşdiyi bazalara hücumlar edir. Kirbi belə hücumlara qəti cavab verəcəklərini ifadə edib. Kirbi ABŞ prezidenti Co Baydenin sözügedən bazalara hücuma cavab olaraq təşkil edilməsi nəzərdə tutulan ikinci hücumu ləğv etməsi barədə iddialara da cavab verib.

O, iddiaları təsdiq etməsə də, Baş Komandan olaraq Baydenin belə qərar vermək hüququna malik olduğunu vurğulayıb.

Bahadur Seyidov