"Yaşlı görünürsən" tənqidinə üsyan etdi: "Düşünürəm ki, mən əlayam"



 19:01 29.03.2023     545

1980-ci illərin sitcom aktrisası, indi rejissorluğa keçid edən Justine Bateman, qatıldığı bir proqramda "yaşlı göründüyü" tənqidlərdən danışıb.

Demedia.az xəbər verir ki, "Google"da öz adını axtararkən ilk dəfə bu tənqidləri fərq etdiyini deyən məşhur ad, estetik proseduru olan qadınlarla bağlı da diqqətçəkən açıqlamalar verib.

'Family Ties', 'Desperate Housewives', 'Modern Family' kimi prodüserlərdə rol alan 57 yaşlı aktrisa və yazıçı Justine Bateman '60 Minutes Australia' proqramına qatılıb. O, üzündə heç bir estetik və ya kosmetik müdaxilə olmadığı və təbii yaşlanma ilə bağlı tənqidlərə məruz qalmasından danışıb.

Yeniyetməlik illərindən diqqət mərkəzində olan 1980-ci illərin sitcom ulduzu Bateman, bir gün onu Google-da axtarana qədər təbii üzünə 'vəsvəsə' olduğunu anlamadığını söyləyib.

"Adımı axtarış sisteminə yazdım. Sonra cümlə avtomatik olaraq belə tamamlandı: Yaşlı görünür... Bunu görəndə "Necə?" İnsanların qocalmağı "gözəl" tapmasının mümkün olub-olmaması ilə bağlı suala aktrisa belə cavab verib:

Heç vecimə də yoxdur. Düşünürəm ki, əla görünürəm, üzüm kim olduğumu ifadə edir. Mən bunu sevirəm.

Öz fotolarına baxanda insanların 'yaşlı görünür' dedikdə nə danışdıqlarını görə bilmədiyini ifadə edən Bateman, qırışların qarşısını almaq üçün botoks və dolgu istifadə edən qadınlardan da bəhs etdi: "Onlara yazığım gəlir. Həyatdan zövq almadıqları üçün yazığım gəlir. Başqa bir şey etməzdən əvvəl üzlərini "düzəltməli" düşüncəsi ilə həyatda etmələri lazım olan şeylərdən yayınmalarına yazığım gəlir. Qırışmış üzün sizin üçün fürsətləri məhv edəcəyi qorxusunu buraxın".

Aysun / Demedia.az