Mədəni narahat edən səhv! - Toyuq və süd eyni vaxtda istehlak edilərsə nə olar?



 23:48 29.03.2023     616

Gündəlik həyatımızda bəzən sağlam qidalara ağırlıq verir, bəzən də fərqli seçimlər edə bilirik.

Ancaq sağlamlıq baxımından hər bir qidanın öz vaxtı var. Sizə eyni anda və ya qısa zaman aralığında istehlak etməməyiniz lazım olan qidalar olduğunu desək nə olar... Mədə problemlərinə səbəb ola biləcək zərərli ikililəri təqdim edirik...

Mədə narahat edən səhv! Toyuq və süd eyni vaxtda istehlak edilərsə nə olar?

1) Süd - şirə

Gün ərzində süd və meyvə şirəsi kimi içkilərdən istifadə edə bilərik. Amma dəfələrlə süd və şirə içmək sağlamlığınıza mənfi təsir göstərə bilər. Bəzi qidalar və içkilər tək başına sağlam olsa da, əvvəl və sonra nə istehlak etdiyiniz vacibdir. Süd və şirə bu birləşmələrdən biridir. Bu ikili ürək yanması və şişkinlik kimi narahatlığa səbəb ola bilər.

2) Yemək - su

Bir çox insanın yemək zamanı su içmək vərdişi var. Bəs yemək yeyərkən su içmək nə dərəcədə sağlamdır? Yemək yeyərkən lazım olduğundan daha çox su içməyi vərdiş etdikdə tüpürcək ifrazı sürəti azalır. Yeməyin həzmini çətinləşdirən bu vərdiş təbii ki, sağlamlığa mənfi təsir göstərə və çəki problemlərinə səbəb ola bilər. Ancaq mütəxəssislər onu da bildirirlər ki, yemək zamanı lazım olandan artıq su içmədikcə, səhhətimizdə heç bir problem olmayacaq.

3- Qatıq - meyvə

Evdə hazırladığınız meyvə-qatıq qarışıqları nə qədər sağlam görünsə də, zərərli ola bilər. Meyvə və ya qatıq tək istehlak edildikdə çox faydalıdır. Ancaq bu iki qida birləşdirildikdə, mədədə gərginlik yarana bilər. Yalnız meyvə və qatıq qarışığı yerinə darçın, zəncəfil və ya bal əlavə etmək daha sağlam olacaq.

4- Zeytun yağı - badam

Badam yüksək qida dəyəri ilə sağlamlıq üçün çox faydalı qozdur. Eyni şəkildə, zeytun yağı bir çox sağlamlıq probleminə yaxşı təsir edən əhəmiyyətli bir müalicə mənbəyi kimi tanınır. Bu iki qida qaynağı fərqli qidalarla və ya tək başına istehlak edildikdə faydalı olsa da, birlikdə istehlak edildikdə mədədə həzmi çətinləşdirir.

5- Toyuq - süd

Eyni qida dəyərinə malik qidaları birlikdə istehlak etmək də pis nəticələrə səbəb ola bilər. Toyuq və süd buna misaldır. Birlikdə istehlak edildikdə bədəndə zülal və kalsiumun artması mədə problemlərinə səbəb ola bilər. Bundan əlavə, südün tərkibindəki laktik turşu problem yarada bilər. Süd içdikdən qısa müddət sonra toyuq əti istehlak etsəniz, süddə olan bu turşuya görə mədə yanması hiss edə bilərsiniz.

Aysun / Demedia.az