Peru və Kolumbiya arasında gərginlik
Peru Kolumbiya prezidenti Qustavo Petronun ölkənin daxili işlərinə qarışdığını irəli sürərək Boqotadakı səfiri Feliks Deneqri Bozanı qeyri-müəyyən müddətə geri çağırıb.
Demedia.az xəbər verir ki, bu barədə Perunun Xarici İşlər Nazirliyi məlumat verib. Bildirilib ki, Kolumbiya prezidenti Qustavo Petro israrla həqiqəti təhrif etməyə davam edir. Açıqlamada deyilir ki, Prezident Petronun münasibəti və davamlı müdaxiləçi bəyanatları Peru və Kolumbiya arasındakı tarixi dostluq, əməkdaşlıq və qarşılıqlı hörmət münasibətlərini ciddi şəkildə sarsıdıb.
Açıqlamada qeyd edilib ki, Peru iki ölkə arasında 200 illik diplomatik əlaqələrə balanslı, mütərəqqi və mütənasib şəkildə cavab verir. Həmçinin, diplomatik əlaqələrin müvəqqəti işlər vəkili səviyyəsinə endirildiyi qeyd edilib.
Bahadur Seyidov