ABŞ Tayvan liderinin səfəri barədə açıqlama verdi



 15:02 30.03.2023     302

ABŞ Dövlət Departamenti Tayvan lideri Tsay İnq-venin ABŞ-a qeyri-rəsmi səfəri ilə bağlı açıqlama verib.

Demedia.az xəbər verir ki, Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib ki, bu, “tranzit səfər”dir və Çinin buna sərt reaksiya göstərməsinə ehtiyac yoxdur. Çinin Tsainin ABŞ Nümayəndələr Palatasının sədri Kevin Makkarti ilə görüşünə qarşı tədbir görəcəyi ilə bağlı açıqlamasını şərh edən Patel, bu səfərin sadəcə bir “tranzit səfər” olduğunu deyib. Onun sözlərinə görə, Tayvan lideri bundan əvvəl də ABŞ-a belə “tranzit” səfərlər edib.

"Pekinin bu tranzit səyahətini fərqli şərh etməsinə və həddindən artıq reaksiya göstərməsinə ehtiyac yoxdur. Daha əvvəl dediyimiz kimi, biz hər hansı tərəfin status-kvonu birtərəfli qaydada dəyişməsinin əleyhinəyik. Biz Tayvanın müstəqilliyini dəstəkləmirik” - Vedant Patel deyib.

Bahadur Seyidov