İsrail ordusu Dəməşqi bombalayıb - Suriya



 16:03 30.03.2023     298

Bəşər Əsəd rejimi İsrailin Suriyanın paytaxtı Dəməşqin bəzi ərazilərinə hava hücumu təşkil etdiyini iddia edib.

Demedia.az xəbər verir ki, bu barədə Suriyanın dövlət agentliyi olan SANA hərbi mənbəyə istinadən məlumat verib. Bildirilir ki, hücum nəticəsində Suriya ordusunun 2 əsgəri yaralanıb. Məlumata görə, hava hücumu zamanı müdafiə sistemləri düşmənin bəzi raketlərini zərərsizləşdirib. Hücumla bağlı İsrail rəsmilərindən heç bir açıqlama verilməyib.

Qeyd edək ki,  Dəməşq və ətraf ərazilərdə rejim ordusu ilə yanaşı, İran İnqilabı Keşikçiləri Korpusu başda olmaqla Livanın Hizbullah qruplaşmasının olduğu irəli sürülür.

Bahadur Seyidov