İsveç Rusiyanın Stokholmdakı səfirini Xarici İşlər Nazirliyinə çağırdı



 16:21 30.03.2023     315

İsveç Rusiyanın Stokholmdakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Demedia.az xəbər verir ki, buna səbəb Rusiyanın İsveçin NATO-ya qoşulacağı təqdirdə cavab tədbirləri üçün qanuni hədəfə çevriləcəyi barədə bəyanat verməsidir. İsveçin xarici işlər naziri Tobias Billström Rusiya səfirliyinin saytında dərc olunan bəyanatı “açıq-aşkar təsir cəhdi” kimi qiymətləndirib. Billström İsveçin xəbər agentliyi TT-yə açıqlamasında bildirib ki, Rusiya səfiri Viktor Tatarintsev Rusiyanın cavab tədbirləri üçün qanuni hədəfə çevriləcəyi barədə bəyanatı ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb və Moskvaya etiraz edilib. Onun sözlərinə görə, İsveçin siyasətinə yalnız ölkənin özü qərar verə bilər.

Qeyd edək ki, İsveç və Finlandiya Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra NATO-ya birgə üzv olmaq üçün müraciət edib.

Bahadur Seyidov