Rusiyanın Strateji Raket Qüvvələri təlimlərə başladı



 16:40 30.03.2023     301

Rusiyanın Strateji Raket Qüvvələri “Yars” qitələrarası ballistik raket sistemləri ilə təchiz olunmuş bölmələrində təlimlərə başlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Nazirliyin bəyanatında bildirilib ki, “Yars” raket sistemləri ilə təchiz olunmuş Novosibirsk raket bölmələri Omsk raket bölmələrinin komanda və şəxsi heyətilə birgə təlimə başlayıb. Məlumata görə, təlimlər Strateji Raket Qüvvələrinin 2023-cü il üçün təlim planına uyğun həyata keçirilir. Təlimə 3000-dən çox əsgər və 300-ə yaxın hərbi texniki vasitə cəlb edilib.

“Strateji raket bölmələri Mərkəzi Hərbi Dairə və Hərbi Hava Qüvvələri birləşmələri ilə birgə müasir hava kəşfiyyat vasitələrini kamuflyaj etmək və onlara qarşı mübarizə aparmaq üçün bir sıra tədbirlər həyata keçirəcək” - açıqlamada qeyd edilib.

Bahadur Seyidov