“Qərb Ukraynada müharibəni dayandırmaq istəmir” - Lavrov



 17:01 30.03.2023     308

“Qərb Ukraynada müharibəni dayandırmaq istəmir”.

Demedia.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə deyib. O bildirib ki, Qərb beynəlxalq rəqibi Rusiya Federasiyasını aradan qaldırmaq cəhdləri baxımından bu müharibədə öz geosiyasi maraqlarını həyata keçirmək istəyir. ABŞ dövlət katibi Antoni Blinkenin Ukraynada atəşkəsin Rusiyanın xeyrinə olması ilə bağlı bəyanatını dəyərləndirən Lavrov bunu “səthi təhlil” kimi qiymətləndirib.

NATO ölkələrinin Ukrayna ilə bağlı "dağıdıcı siyasət" yürütdüyünü deyən Lavrovun sözlərinə görə, Qərb Çini də neytrallaşdırmağa çalışır. Lavrov bildirib ki, Rusiya, İran, Çin və digər ölkələr Qərbin hegemonluq qurmaq cəhdlərinə qarşı mübarizəni davam etdirəcək.

Bahadur Seyidov