Çexiya rus idmançıların olimpiada oyunlarında iştirakına qarşı çıxdı



 17:19 30.03.2023     315

“Rusiya və Belarus idmançılarının 2024-cü ildə keçiriləcək Paris Olimpiadasında iştirak etmək imkanlarının olması başa düşülən deyil”.

Demedia.az xəbər verir ki, Çexiyanın xarici işlər naziri Yan Lipavski belə deyib. O Beynəlxalq Olimpiya Komitəsinin bu iki ölkənin idmançıları ilə bağlı bəyanatına etiraz edib. Lipavski Rusiya və Belarus idmançılarının dünya idman arenasına qayıtma ehtimalının olduğuna qarşı çıxdığını ifadə edib.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi daha əvvəl qadağaya məruz qalan idmançıların müəyyən şərtlərlə yenidən oyunlara qatıla biləcəyini açıqlayıb. Böyük Britaniya və Polşa daxil olmaqla bir çox ölkə bu qərara qarşı çıxıb.

Bahadur Seyidov