ABŞ-dan Belarus müxalifətinə dəstək



 17:42 30.03.2023     322

ABŞ Belarus prezidenti Aleksandr Lukaşenkonun rəhbərlik etdiyi administrasiyaya qarşı olan müxalifət liderlərini dəstəklədiyini bir daha bəyan edib.

Demedia.az xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamada ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivanın Belarus müxalifətinin lideri Sviatlana Tsixanouskaya ilə görüşdüyü bildirilib. Görüşdə Sullivan ABŞ-ın azad və ədalətli seçkilər və insan hüquqlarının müdafiəsi kimi suveren və demokratik gələcək axtarışında olan müxalifətə dəstək verdiyini vurğulayıb. Sullivan qeyd edib ki, Birləşmiş Ştatlar müttəfiqləri ilə birlikdə Belarus prezidenti Lukaşenkonun rəhbərlik etdiyi administrasiyanı öz hərəkətlərinə görə məsuliyyətə cəlb etməyə davam edəcək.

Məlumata görə, görüş zamanı Belarus hakimiyyətinin demokratiya tərəfdarlarına qarşı davamlı təzyiqləri, onun açıq şəkildə törətdiyi insan haqları pozuntuları və digər məsələlər müzakirə edilib.

Bahadur Seyidov