Günəş şüalarından qorunmaq üçün mütləq bu kremlərdən istifadə edin! / Video



 16:28 30.03.2023     756

Vitamin D, daha doğrusu hormon D, dərimizdə sintezlənən bir maddədir. Lakin vitamin D-nin sintezlənməsi üçün dərimizin günəş şüalarına məruz qalması lazımdır. 

Vitamin D dedikdə ilk ağla gələn sümük əzələ sistemidir, amma vitamin D-nin işi yalnız sümük əzələ sisteminə təsir etməklə deyil. Ümumiyyətlə, bədənimizin hər bir toxumasında, hər bir orqanında vitamin D reseptorları var. Əgər hər hansı bir molekulun, maddənin və yaxud da hormonun orqanda reseptoru varsa, demək ki, orqanda mütləq gördüyü bir iş də vardır.

Dermatoveneroloq Dr.Şövqü Salahov bədənimizin vitamin D qəbulu üçün günün hansı saatlarında günəşlənmək lazım olduğunu və günəşin yandırıcı şüalarından qorunmaq üçün hansı kremlərdən istifadə olunması barəsində videoda ətraflı məlumat verir.

Dermatoveneroloq Dr.Şövqü Salahov kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük:

Aysun Həsənova / DEMEDİA.AZ