Yaponiya vulkan fəlakətinə qarşı təxliyə planının dəyişdi



 15:02 31.03.2023     322

Yaponiyada fəaliyyətdə olan Fuji vulkanının püskürməsi halında tıxacların qarşısını almaq üçün insanların nəqliyyat vasitələri əvəzinə piyada təxliyyə edilməsi üçün çağırış ediləcək.

Demedia.az xəbər verir ki, bu barədə Fəlakətlərin İdarə Edilməsi Şurası Fuji vulkanı ilə bağlı təxliyə planının yeniləyib. Son 9 ildə ilk dəfə yenilənən plana görə, mümkün partlayış zamanı insanlardan əvvəlki plandan fərqli olaraq, nəqliyyat vasitələri ilə deyil, piyada tərk etmələri tələb ediləcək. Fəlakət İdarəetmə Şurasının açıqlamasında qeyd edilib ki, təxliyyə planında təhlükəsiz evakuasiyaya üstünlük verməklə yanaşı, sosial və iqtisadi fəaliyyətlərin davamlılığına da əhəmiyyət verilib.

Qeyd edək ki, Yamanaşi, Şizuoka və Kanaqava əyalətlərinə qədər uzanan 3776 metr hündürlükdəki Yaponiyanın ən yüksək nöqtəsi olan Fuji vulkanı Tokiodan 100 kilometr cənub-qərbdə yerləşir.

Bahadur Seyidov