Sosial media qütbləşməyə səbəb olur - Quterreş



 15:33 31.03.2023     347

"Sosial media qütbləşməyə səbəb olur. Məntiqsizlik geniş yer tutur. Elm mühasirədədir. Azlıqlar və immiqrantlar günah keçisi elan olunur".

Demedia.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş belə açıqlama verib. O "İkinci Demokratiya Sammiti"nə videomüraciətində bildirib ki, güclü demokratik cəmiyyətlər özlərini düzəltmək qabiliyyətinə malikdir. Quterreşin sözlərinə görə, güclü demokratiyalar zorakılıq olmadan radikal dəyişikliklərə nail ola bilərlər. Quterreş demokratiyaların əməkdaşlıq, bərabərlik və həmrəylik prinsiplərinə əsaslandığını, lakin bu gün bu prinsiplərin qırılma nöqtəsinə çatdığını bildirib.

Hökumətlər və xalqlar arasında etimadın yenidən qurulmasının vacibliyinə diqqət çəkən Quterreş bildirib ki, nəzarət və tarazlıq sisteminin gücləndirilməsi vacibdir.

Bahadur Seyidov