Rusiya Estoniyanın Moskvadakı səfirliyində çalışan diplomatı “persona non qrata” elan etdi



 15:54 31.03.2023     292

Rusiya Xarici İşlər Nazirliyi Estoniyanın Moskvadakı səfirliyində çalışan diplomatın “persona non qrata” elan edilməsi barədə qərar verdiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, nazirliyin açıqlamasında xatırladılıb ki, Estoniya bundan əvvəl rus diplomatı persona non qrata elan edib. Bildirilib ki, sözügedən qərar əsassızdır və məsələ ilə bağlı Estoniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Yana Vanamelderin nazirliyə çağırılıb. Estoniyaya xəbərdarlıq edilib ki, Estoniyanın Moskvadakı səfirliyində eyni vəzifədə çalışan bir diplomat Rusiyanı tərk etməlidir. Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Estoniya administrasiyası Rusiyaya qarşı təxribat xarakterli addımlar atır. Moskva buna səssiz qalmayacaq və ikitərəfli münasibətlərin korlanmasında Tallinin məsuliyyət daşıyır.

Bahadur Seyidov