Brexit-dən sonra ən böyük ticarət sazişidir - Britaniya hökuməti



 16:20 31.03.2023     281

Böyük Britaniya hökuməti Hind-Sakit Okean ticarət blokunun Hərtərəfli və Proqressiv Trans-Sakit Okean Tərəfdaşlığı Sazişində iştirakın Brexit-dən sonra ən böyük ticarət razılaşması olduğunu açıqlayıb.

Demedia.az xəbər verir ki, hökumətin bəyanatına görə, Böyük Britaniyanın 11 üzvü olan ticarət blokuna qoşulması təxminən iki il davam edən danışıqlardan sonra baş verib. Böyük Britaniyanın iştirakı ilə ticarət blokundakı ölkələr qlobal ÜDM-in 15 faizini təşkil edəcək və həcmi 11 trilyon funt sterlinqə çatacaq.

Azad ticarət sazişinin uzun müddət ərzində Britaniya iqtisadiyyatına 1,8 milyard funt sterlinq töhfə verəcəyi gözlənilir.

Bahadur Seyidov