Qolunu Qaldıra Bilmirdi İlk Seansda Möcüzə - Video



 15:12 31.03.2023     434

İstənilən artrozun irəliləməsinin, ağırlaşmasının qarşısını almaq, eləcə də artıq dərinləşmiş artrozlarda insanın öz kök hüceyrəsində oynaqlara tətbiq etməklə oynaq qığırdağının bərpası, müalicəsi, artrozun aradan qaldırılması, insanın əlil olmasının qarşısının alınması mümkündür.

Oynaqların hərəkətliliyini təmin edən qığırdaqlardır. Qığırdaqlar oynaq mayesinin köməyi ilə sürtünmə olmadan oynağın və ətrafların hərəkət etməsinə imkan yaradır.

Məhz oynaqlarda qığırdaqların müəyyən səbəblərdən zədələnməsi, degenerasiyası, iltihabı kimi xəstəliklərinə artroz deyilir.

Müasir dövrdə artroz cavanlaşan xəstəlikdir və əhalinin böyük qismində rast gəlinir.

Yaş artdıqca artroz riski yüksəlir və 60 yaş yuxarı insanların 60%də rast gəlinir. 45 yaşdan sonra artrozların yaranması riski yüksəlir. Artroz xroniki xəstəlikdir, getdikcə dərinləşir, qığırdaqların tam dağılmasına kimi səbəb ola bilir. 

Alqoloq Vüsal Eyvazov əməliyyatsız oynaq ağrılarının artrozun müalicesi barəsində videoda ətraflı məlumat verib.

Alqoloq Vüsal Eyvazov kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük:

Aysun Həsənova / DEMEDİA.AZ