Atasının ölümünün ildönümündə itini itirdi - “Ağırdır..."



 23:48 31.03.2023     1166

Dünya şöhrətli yeni zelandiyalı aktyor Rassel Krou atası Con Aleksandr Krounun ölümünün ikinci ildönümündə itinin öldüyünü açıqlayıb.

Demedia.az xəbər verir ki, Lui adlı itinin yük maşını ilə vurulduğunu deyən Krou qatıldığı bir proqramda başına gələnləri danışarkən göz yaşlarını saxlaya bilməyib.

"Qladiator", "Robin Qud" və "Ağıl Oyunları" kimi prodüserlərlə tanınan Hollivud ulduzu Rassel Krou atasının ölümünün ikinci ildönümündə sevimli köpəyinin yük maşını vuraraq dünyasını dəyişdiyini açıqlayıb.

Crowe ötən gün Twitter hesabında itinin fotosunu paylaşaraq görənləri təsirləndirən bu sözləri yazıb:

Bu Louis. Onun 16 aylıqdı. O, balaca, alçaq və cəsur idi. O mənim ürəyimi qazandı. Amma çox təəssüf ki, bu gün atamın ölümünün ikinci ildönümündə onu yük maşını vurub. Köpəyimi baytara aparmağa çalışdım, amma onu nə qədər sevdiyimi söyləyərkən qucağımda öldü.

“The Kyle and Jackie O Show” verilişində danışan 58 yaşlı Krou itinin itməsi haqda danışarkən emosional olub. Aparıcı Kyle Sandilands itlərin ailə üzvləri kimi olduğunu və məşhur adına; "Yaxşısan? Hər şey qaydasındadır?" soruşdu.

Aktyor göz yaşları içində "Yox, əslində mən bir az darıxmışdım. O, çox gözəl it idi, həyatımı onun ətrafında formalaşdırırdım. Ona görə də bunun öhdəsindən gəlmək bir qədər vaxt aparacaq" deyib.

Sandilands və aparıcı Jackie O Henderson bir daha aktyorun ağrısını paylaşdıqlarını dilə gətiriblər.

Aysun / Demedia.az