Stoltenberq Finlandiya prezidentini təbrik etdi



 16:41 31.03.2023     276

NATO-nun baş katibi Yens Stoltenberq Finlandiya prezidenti Sauli Niinistonu ölkəsinin NATO-ya üzvlüyünün təsdiqlənməsi prosesinin başa çatması münasibətilə təbrik edib.

Demedia.az xəbər verir ki, Stoltenberq sosial şəbəkədəki mesajında ​​Niinistoya təbriklərini çatdırıb. Stoltenberq NATO-nun mənzil-qərargahında Finlandiya bayrağının ucaldılmasını səbirsizliklə gözlədiyini ifadə edib.

"Finlandiya bizim ittifaqımıza çox şey qatacaq. Keçən il bütün müttəfiqlər Finlandiya və İsveçi alyansa qoşulmağa dəvət edərək tarixi qərar qəbul etdilər. O vaxtdan bəri biz NATO-nun müasir tarixində ən sürətli ratifikasiya prosesini gördük”  - Stoltenberq deyib.

Bahadur Seyidov