Pep Qvardioladan Türkiyəyə dəstək: Zəlzələdən zərərçəkənlərə...



 23:09 31.03.2023     634

İngiltərə Premyer Liqa komandalarından olan "Mançester Siti"nin ispaniyalı baş məşqçisi Pep Qvardiola fevralın 6-da Kahramanmaraşda 11 vilayətdə baş verən zəlzələdə zərər çəkənlərə yardım etməyə çağırıb.

Demedia.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) sosial media hesabında Qvardiolanın köməyə çağırış videosunu paylaşaraq "Çiyin-çiyinə" kampaniyasına diqqət çəkib. TFF, paylaşımda qeyd olunub:

"Hamımız bir ağacın fərqli budaqlarıyıq. Bir kökümüz, bir suyumuz, bir günəşimiz var. 1 Martda çiyin-çiyinə verdik. Ancaq zəlzələ qurbanlarımızın ehtiyacları davam edir. Gedin. http://omuzomuza.org ünvanına, ianə verin və ya DƏSTƏK yazın, 8332 nömrəsinə SMS göndərin”.

İspan məşqçi videoda "Mançester Siti adından Türkiyə və Suriyada baş verən faciə üçün yardım göndərmək istəyirik. Bağışlaya biləcəyiniz bir şey varsa bağışlayın. Mançester Siti adına edəcəyik. Ümid edirəm hamı eyni şeyi edə bilər”.

Aysun / Demedia.az