Belçika hökuməti Avropa İttifaqının satmaq istədiyi binalara 1 milyard avro təklif etdi



 17:41 31.03.2023     279

Belçika hökuməti Avropa İttifaqının Brüsseldə boşaltmağı planlaşdırdığı binaları almaq üçün 1 milyard avro təklif edib.

Demedia.az xəbər verir ki, bu barədə Belçika mediası məlumat verib. Bildirilir ki, Belçika hökuməti 2030-cu ilə qədər Brüsseldəki ofislərinin yarısını boşaltmağı planlaşdıran Avropa İttifaqı Komissiyasının daşınmaz əmlakını almaq istəyir. Binaların satışı ilə bağlı davam edən danışıqlarda Belçika Avropa Birliyi Komissiyasına 1 milyard avro təklif edib. Binalar alınarsa, Brüsseldə yeni kommersiya sahələri və mənzil layihələri də daxil olmaqla yeni layihələr hazırlanacaq.

Qeyd edək ki, Avropa İttifaqı Komissiyası Brüsseldə ofis sahəsi 350 min kvadratmetr olan 23 bina satmağı planlaşdırır.

Bahadur Seyidov