Erkən yaşda saçların ağarmasının qarşısını almaq üçün 4 üsul



 22:05 31.03.2023     558

Erkən yaşda saçların ağarması bir çox insanı qocaldır. Təbii ki, bu vəziyyətin qarşısını almaq üçün ilk üstünlük verilən üsul saçların rənglənməsidir.

Demedia.az xəbər verir ki, ancaq saç boyalarının tərkibindəki kimyəvi maddələrdən qorxanlar daha təbii üsullara əl atırlar. Bəs, saçların erkən ağarmasının qarşısını almaq üçün hansı məqamlara diqqət yetirilməlidir?

1- Kalsiumla zəngin pəhriz yemək

Gündəlik həyatda kifayət qədər kalsium ehtiva edən qidaların qəbulu sümüklər və əzələlər üçün həyati əhəmiyyət daşıyır. Kalsium saçların ağarmasından da qoruyur. Gündə 200 mq kalsium qəbul etməklə həm saçların ağarmasının qarşısını ala, həm də kalsium tərkibli qidalardan yararlanaraq daha sağlam həyata addım ata bilərsiniz.

2- Stressdən azad bir həyat

Anksiyete və stress sağlamlığa ən çox təsir edən amillərdəndir. Bir çox sağlamlıq probleminin təməlində dayanan stress, saç piqmentlərinə böyük təsir edir. Bunun qarşısını almaq üçün stresinizi düzgün idarə etməklə başlaya bilərsiniz. Özünüzü rahatlaşdırmaq üçün müxtəlif meditasiya üsullarını sınaya bilərsiniz. Sizi maraqlandıran bir fəaliyyətə müraciət edərək rahatlaya və saçlarınızı ağarmaqdan qoruya bilərsiniz.

3- Keyfiyyətli protein ehtiva edən qidalardan istifadə etmək

Sağlam bədənə sahib olmaq üçün balanslaşdırılmış qidalanma da çox vacibdir. Keyfiyyətli zülal qəbulunu artırmaqla saç, dırnaq və dərinizin əvvəlkindən daha sağlam görünməsi mümkündür. Pəhrizinizə ət, süd və yumurta kimi zülalla zəngin qidaları daxil edərək ağarmış saçlara “dayan” deyə bilərsiniz.

4- Dəmir anbarlarının doldurulması

Araşdırmalara görə, az dəmir saçlı insanlar digərlərinə nisbətən daha tez ağarırlar. Saçlarınız erkən yaşda ağarmağa başlayıbsa, bu, dəmir çatışmazlığının göstəricisi ola bilər. Dəmir qan hüceyrələrinin oksigeni bütün bədənə daşımasında mühüm rol oynayır. Sağlamlığa birbaşa təsir edən bu çatışmazlıq nəzarət altına alınmazsa, immunitetin zəifləməsinə və bir çox xəstəliklərə səbəb olur.

Aysun / Demedia.az