Rusiya Ukraynada yaşayış məntəqələrinə hücumlar təşkil etdi



 16:54 31.03.2023     285

Ukrayna Baş Qərargahı Rusiya qüvvələrinin Çerniqov, Sumi, Xarkov, Donetsk, Zaporojya və Xerson vilayətlərinin yaşayış məntəqələrinə hücumlar təşkil etdiyini bildirib.

Demedia.az xəbər verir ki, Baş Qərargahdan verilən açıqlamaya görə, Rusiya ordusu 11 raket, 4 hava hücumu həyata keçirib. Bundan əlavə, S-300 hava hücumundan müdafiə sistemi ilə Xarkov şəhərinin mülki infrastrukturuna 9 raket atıb. Açıqlamada, Rusiya ordusunun hava hücumlarında istifadə etdiyi 10 pilotsuz uçuş aparatından 9-nun vurulduğu qeyd edilib. Məlumata görə, əsas döyüşlər  Biloqorivka, Bəhmut, Avdiyivka və Marinka bölgələrinə gedir.

Xarkov vilayətinin qubernatoru Oleq Sinegubov qeyd edib ki, Xarkova 9 raket atılıb. Hücumlarda mülki infrastruktura ziyan dəyib. 3 nəfər isə yüngül yaralanıb. Zaporojya Region Qubernatorluğunun Mətbuat Mərkəzinin açıqlamasında da mülki vətəndaşların zərər gördüyü qeyd edilib.

Bahadur Seyidov