Finlandiyanın Xarici İşlər Nazirliyi türkcə paylaşım etdi



 17:15 31.03.2023     304

Finlandiyanın Xarici İşlər Nazirliyi NATO-ya üzvlük protokolunun təsdiq edilməsi təklifinin Türkiyə Böyük Millət Məclisində qəbul edilməsindən sonra türkcə paylaşım edib.

Demedia.az xəbər verir ki, paylaşımda "Təşəkkür edirik! Finlandiyanın NATO-ya üzvlük protokolunu təsdiqləmə qərarına görə Türkiyə Böyük Millət Məclisinə minnətdarıq" deyə qeyd edilib. Finlandiyanın xarici işlər naziri Pekka Haavisto da tvitter hesabında paylaşım edib.

"Bu gün 10 aydan çox davam edən prosesi geridə qoyduq. 17 may 2022-ci ildə NATO-ya üzvlük üçün müraciət etdik. İlk təsdiqlər Kanada və Danimarkadan alındı. Macarıstan təsdiqini sabah Vaşinqtona təqdim etməlidir. İndi Türkiyə Böyük Millət Məclis öz qərarını verdi. Tarixi günləri yaşayırıq” - nazir qeyd edib.

Bahadur Seyidov