Qeyri-adi QƏZA: Hər şey bir anda baş verdi



 20:02 31.03.2023     541

Türkiyədə qeyri-adi qəza hadisəsi olub.

Demedia.az xəbər verir ki, Van-Erciş avtomobil yolunda baş verən qəzada elektrik dirəyinə çırpılan avtomobilin dik durması heyrətə gətirib.

Əldə edilən məlumata görə, qəza Van-Erciş avtomobil yolunda baş verib. Vandan Erciş istiqamətinə gedən və sürücüsünün adının öyrənilməsi mümkün olmayan avtomobil orta refüjdəki işıqlandırma dirəyinə dəydikdən sonra onu dik vəziyyətdə görənləri heyrətə salıb. Yoldan keçən sürücülərə xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları sövq edilib. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Aysun / Demedia.az