Hollandiya Türkiyədə zəlzələ bölgələrinin yenidən qurulmasına töhfə vermək istəyir



 14:45 03.04.2023     326

Hollandiya Türkiyədə zəlzələ bölgələrinin yenidən qurulmasına töhfə vermək istəyir.

Demedia.az xəbər verir ki, Hollandiyanın Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq naziri Liesje Şhraynemaxer belə bildirib. O Hatay səfərindən sonra açıqlama verib. Liesje Şhraynemaxer tvitter hesabında dağıntının böyüklüyünə görə kədərləndiyini bildirib və zəlzələdən zərər çəkənlərə yardımların davam etdirilməsinin vacib olduğunu bildirib.

Hollandiyanın zəlzələdən sonra Türkiyəyə təcili və humanitar yardım göndərdiyini qeyd edən Şhraynemaxer, Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlər üçün Hollandiyada yardımların toplandığını xatırladıb.

Bahadur Seyidov