““Soyuq müharibə”dən bəri nüvə silahından istifadə təhlükəsinin ən yüksək olduğu dövrdəyik” - BMT



 15:19 03.04.2023     318

““Soyuq müharibə”dən bəri nüvə silahından istifadə təhlükəsinin ən yüksək olduğu dövrdəyik”.

Demedia.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Silahsızlanma üzrə Ali Nümayəndəsi İzumi Nakamitsu belə açıqlama verib. O BMT Təhlükəsizlik Şurasında keçirilən “Beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər” adlı sessiyada çıxışında bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini açıqlaması gərginliyi artırıb. Nakamitsu bütün üzv ölkələri təmkinli davranmağa çağırıb. Nakamitsunun sözlərinə görə, tərəflər Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin öhdəliklərini yerinə yetirməlidir. O bildirib ki, üzv ölkələr indiyə qədər öhdəlikləri yerinə yetirdiyinə görə, nüvə silahının istifadəsi və yayılmasının qarşısı alınıb.

"Biz nüvə silahından istifadə riskinin “Soyuq müharibə”dən bəri ən yüksək həddə çatdığı dövrdəyik. Ukraynadakı müharibə bu riskin ən ciddi nümunəsidir", - Nakamitsu bildirib.

Bahadur Seyidov