İtaliya ChatGPT-nin ölkədə istifadəsini qadağan etdi



 15:49 03.04.2023     318

İtaliya hakimiyyəti OpenAI texnologiya şirkəti tərəfindən hazırlanmış süni intellekt robotu ChatGPT-nin ölkədə istifadəsini qadağan edib.

Demedia.az xəbər verir ki, buna səbəb kimi ChatGPT-nin istifadəçi məlumatlarının saxlanması ilə bağlı qanunvericiliyi pozması və istifadəçilərin yaşını yoxlaması göstərilib. İtaliya Məlumatların Mühafizəsi Təşkilatından verilən açıqlamada tətbiqin istifadəçi məlumatlarına hörmət etmədiyi bildirilib. Açıqlamada qeyd edilib ki, dərhal qüvvəyə minən qərarə əsasən  OpenAI-nin italyan istifadəçilərin məlumatlarını işləməsi müvəqqəti olaraq məhdudlaşdırılıb.

İtaliya məhkəməsi platformanın fəaliyyətinin əsasını təşkil edən alqoritmlərin şəxsi məlumatları kütləvi şəkildə toplamasının və saxlamasının qanunsuz olduğuna qərar verib. Şirkət müvafiq qərarı pozduğuna görə 20 milyon avro və ya illik gəlirinin 4 faizi məbləğində cərimələnəcək.

Bahadur Seyidov