Çindən Tayvan liderinin ABŞ-a səfərinə hərbi cavab



 16:12 03.04.2023     313

Tayvan lideri Tsay İnq-venin ABŞ-a səfərindən sonra Çin qırıcıları Tayvan ətrafında uçuşlar həyata keçirib.

Demedia.az xəbər verir ki, Tayvanın Müdafiə Nazirliyinin məlumatına görə, Çinin 19 hərbi təyyarəsi Tayvan boğazında uçuşlar həyata keçirib. Təyyarələr Tayvanın ərazilərini pozub. Açıqlamada qeyd edilib ki, Tayvan ordusu vəziyyəti izləyib və gərginliyi artırmadan hərbi vasitələr ilə Çinə cavab verib. Nazirlikdən bildirilib ki, Çin ordusu şüurlu hərəkəti ilə regional sabitliyi təhlükə altına alır və gərginliyə səbəb olur.

Qeyd edək ki, Mərkəzi Amerika ölkələrinə səfərə gedən Tayvan lideri ABŞ-a da gedib. Çin buna etiraz etsə də, ABŞ tərəfi bunun “tranzit səfəri” olduğunu irəli sürüb.

Bahadur Seyidov