“Üçüncü dünya müharibəsi təhlükəsi var" Orban



 17:18 03.04.2023     312

“Üçüncü dünya müharibəsi ilə bağlı iddialar əsassız deyil, bu, real təhlükədir".

Demedia.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban belə açıqlama verib. O bəyan edib ki, Ukraynadakı müharibə “təhlükəli"dir. Orban bildirib ki, Ukraynada yeni və daha güclü silahların istifadəsi ilə bağlı qərarlar verilir və Qərb Ukraynaya daha müasir texnika göndərməkdə davam edir.

“Avropa və ABŞ liderlərinin bəzilərinin işlər belə davam edərsə, Üçüncü Dünya Müharibəsinin olacağı ilə bağlı bəyanatları mübaliğə kimi səslənə bilər, lakin bu, real təhlükədir. Eyni zamanda, Avropa ictimaiyyəti daha çox atəşkəs və sülh danışıqları haqqında danışmağa başlayıb. Biz sülh və atəşkəs tələb edirik" - Orban deyib.

Bahadur Seyidov