Ramazan ayının ilk 10 günündə 9 milyondan çox müsəlman Kəbədə namaz qıldı



 17:45 03.04.2023     319

Səudiyyə Ərəbistanı Ramazan ayının ilk 10 günündə 9 milyondan çox müsəlmanın Kəbədə namaz qıldığını açıqlayıb.

Demedia.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi dairələri belə açıqlama verib. Açıqlamada qeyd olunub ki, 9 milyon 357 min 853 müsəlman Ramazan ayının ilk 10 günündə Məscidül-Həramda ümrə edib, namaz qılıb. Məscidi Nəbəvi Rəyasət Heyətinin açıqlamasına görə, Ramazan ayının ilk on günündə 10,3 milyon müsəlmanın Məscid-i Nəbəvini ziyarət edib və namaz qılıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi açıqlamasında bildirmişdi ki, daha çox insanın ibadət etməsinə imkan yaratmaq üçün Ramazan ayında hər kəs yalnız bir dəfə ümrə ziyarəti edə biləcək.

Bahadur Seyidov