Çində özəl sektor tərəfindən hazırlanmış raketlə komosa ilk uçuş həyata keçirildi



 15:18 03.04.2023     300

Çində özəl sektor tərəfindən hazırlanmış "TL-2 Y1" raketi ilə komosa ilk uçuş həyata keçirilib.

Demedia.az xəbər verir ki, peyk Qobi səhrasındakı Ciucuen Peyk Mərkəzindən kosmosa göndərilib. Bildirilir ki, “Space Pioneer” şirkəti tərəfindən hazırlanmış “TL-2 Y1” Çində özəl şirkət tərəfindən hazırlanmış maye yanacaqla işləyən ilk raketdir. Bundan əvvəl Çinin özəl şirkətləri olan “i-Space” və “Galactic Energy”  kosmosa raket buraxmışdı. Hər iki şirkət raketlərin hərəkətə gəlməsində bərk yanacaq texnologiyasından istifadə edib.

Qeyd edək ki, kosmos proqramlarında maye yanacaqlı raketlərə üstünlük verilir. Çünki onlar bərk yanacağa nisbətən daha effektiv hərəkət təmin edir.

Bahadur Seyidov