Yaponiya ilə Çin ordusu arasında fövqəladə müdafiə xətti quruldu



 15:24 03.04.2023     297

Yaponiya ilə Çin ordusu arasında gözlənilməz vəziyyətlərə qarşı fövqəladə müdafiə xətti qurulub.

Demedia.az xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat verib. Yaponiya Müdafiə Nazirliyinin açıqlamasına görə, gözlənilməz vəziyyətlərə, o cümlədən təsadüfi toqquşmalara qarşı iki ölkə ordusu arasında təhlükəsiz əlaqə yaratmaq üçün fövqəladə müdafiə xətti yaradılıb. “Yaponiya və Çin Müdafiə Hakimiyyətləri Arasında Yardım Xətti fəaliyyətə başladı” -  deyə açıqlama deyilir.

Məlumata görə, Fövqəladə müdafiə xətti iki ölkənin yüksək səviyyəli müdafiə rəsmiləri üçün əlçatan olacaq.

Bahadur Seyidov