Oynaq ağrıları Oynaqların artrozu - Video
Artroz patoloji, radioloji və ya kliniki olaraq oynaq qığırdağının degenerasiyası sonrasında əmələ gələn eroziya, qığırdaq dağılması, sümük kənarlarında ostefitlər, subxondral skleroz və kistalar ilə birlikdə sinovya və oynaq kapsulunda meydana gələn biokimyəvi və morfoloji dəyişikliklərlə xarakterizə olunan xroniki xəstəlikdir.
Artroz zamanı patoloji proses yalnız qığırdağı deyil, həm də qonşu anatomik strukturları (kapsul, bağlar, sinovial qişa, qığırdağın altında yerləşən sümük strukturları və oynaqətrafı əzələlər) da əhatə edir.
Professor Nadir Hüseynov Revmatoloq Oynaq Artozu xəstəliyi barədə videoda ətraflı məlumat verir
Professor Nadir Hüseynov Revmatoloq kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük:
Aysun Həsənova / DEMEDİA.AZ