Diri-diri yandılar, ailədə tək o qaldı - ŞOK HADİSƏ



 21:34 03.04.2023     537

Meksikanın paytaxtı Mexikodan 40 kilometr aralıda yerləşən qədim Teotihuakan şəhərində havaya qalxan hava şarının səbəti yanıb.

Demedia.az xəbər verir ki, həmin vaxt səbətdə 50 yaşlı Xose Nolasko və onun həyat yoldaşı, 39 yaşlı Viridiana Becerril və onların qızı, 13 yaşlı Regina İtzani olub.

Yanğın başlayanda qorxaraq şardan tullanan Regina xoşbəxtlikdən sağ qalıb. Qolunda sınıq və 2-ci dərəcəli yanıq olduğu bildirilən gənc qızın həyatı üçün təhlükə olmadığı bildirilib. Reginanın anası və atası balonda yanaraq ölüblər.

Mövzu ilə bağlı mətbuata açıqlama verən Virildiananın anası nəvəsinin ailəsinin ölümündən xəbərsiz olduğunu bildirib və bu ifadələrdən istifadə edib:

"Viridiananın ad günü idi və onlar bu səfəri ona sürpriz kimi hazırlamışdılar. Nəvəm ailəsini qucaqlayandan sonra şardan tullanıb. Onun vəziyyəti hazırda yaxşılaşır”.

Digər tərəfdən, hadisə gündəmə gəldikdən sonra ailənin sosial şəbəkədəki paylaşımlarına baxan insanlar son fotonu bəyənmə yağdırıblar. Sözügedən fotonun təbii fəlakətdən dərhal əvvəl çəkildiyi iddia edilib.

Aysun / Demedia.az