Keniya müxalifəti etiraz aksiyalarını ləğv etdi
Keniya müxalifətinin lideri Raila Odinqa etiraz aksiyalarını ləğv edib.
Demedia.az xəbər verir ki, müxalifət liderinin belə qərar verməsinə prezident Uilyam Rutonun dialoq barədə mesajlar verməsidir. Odinqanın sözlərinə görə, Prezident Ruto çıxışında “zeytun budağı uzatdığı” üçün müxalifət dialoqa şərait yaratmaq istəyir. Keniya müxalifətinin lideri nümayişlər zamanı saxlanılanların dərhal azad edilməsini tələb edib. Odinqa həmçinin Seçki Komissiyasında islahatların aparılmasını və parlamentdə bununla bağlı müzakirələrin aparılmasını tələb edib.
Qeyd edək ki, müxalifət irimiqyaslı nümayişlərə hazırlaşırdı.
Bahadur Seyidov