ABŞ, Cənubi Koreya və Yaponiya orduları birgə təlimlərə başladı
ABŞ, Cənubi Koreya və Yaponiya orduları birgə təlimlərə başlayıb.
Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Baş Qərargahından açıqlama verilib. Məlumata görə, üç ölkənin orduları Şimali Koreyanı hərbi davranışlarından çəkindirmək üçün Jeju adaları yaxınlığındakı beynəlxalq sularda birgə təlimlərə başlayıb. Məlumata görə, təlimlərə ABŞ-ın hərbi gəmiləri də cəlb edilib. Açıqlamaya görə, təlimin məqsədi sualtı qayıqlardan buraxılan ballistik raketlərə və digər sualtı təhlükəsizlik təhdidlərinə qarşı mübarizə qabiliyyətini artırmaqdır.
Qeyd edək ki, Şimali Koreyanın ardıcıl raket sınaqları Koreya yarımadasında gərginliyi artırıb.
Bahadur Seyidov