Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaq qərarına gəldi
Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla 9 ölkə könüllü olaraq neft hasilatını azaltmaq qərarına gəlib.
Demedia.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak açıqlama verib. O bildirib ki, Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata üzvü olmayan bəzi dövlətlər məsələ barədə müzakirələr aparıblar. Aleksandr Novak qeyd edib ki, Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla 9 ölkə könüllü olaraq neft hasilatını azaltmağa hazırdır.
“Başqa ölkələr də lazım bildiyi təqdirdə neft bazarındakı sabitliyi saxlamaq üçün könüllü olaraq neft hasilatını azaltmaq barədə qərar verə biləcəyini dəyərləndirdik” - Novak deyib.
Bahadur Seyidov