Hindistan Çinin mübahisəli yerlərin adının dəyişdirməsinə etiraz etdi



 16:05 04.04.2023     308

Hindistan, Arunaçal Pradeş əyalətində Çinin mübahisəli yerlərin adını dəyişdirməsinə etiraz edib.

Demedia.az xəbər verir ki, Hindistan Çinin bu həmləsini tamamilə rədd etdiyini bəyan edib. Hindistanın Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Bağçi bildirib ki, Çin Arunaçal Pradeş əyalətindəki mübahisəli sərhəd bölgəsi boyunca 11 yerin adını dəyişdirib. Onun sözlərinə görə, Çin ilk dəfə deyil belə mübahisəli qərar qəbul edir. Arunaçal Pradeşin Hindistanın ayrılmaz parçası olduğunu vurğulayan Bağçininin sözlərinə görə, yalançı adlar vermək cəhdləri həqiqəti dəyişdirməyəcək.

Qeyd edək ki, Çinin Mülki İşlər Nazirliyi Cənubi Tibetdə bəzi coğrafi adların standartlaşdırılmasını elan edib.

Bahadur Seyidov