Avstraliya tiktokun federal hökumət cihazlarında istifadəsini qadağan etdi



 16:42 04.04.2023     307

Avstraliya tiktokun federal hökumət cihazlarında istifadəsini qadağan edib.

Demedia.az xəbər verir ki, Avstraliya hökuməti bu qərarını təhlükəsizlik məsələləri ilə əlaqələndirib. Bildirilib ki, Çin tərəfindən idarə edilən tiktok kəşfiyyat və təhlükəsizlik agentliklərinin məsləhəti əsasında qadağan edilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ, Kanada, Böyük Britaniya və Yeni Zelandiya oxşar qadağalar qəbul edib. Həmçinin Avropa İttifaqı təhlükəsizlik səbəbilə tiktoka qadağa qoyub. Avropa Birliyi Komissiyası və Şurasından sonra Avropa Parlamenti də işçilərinə Çinin sosial media platforması tiktoku qadağan edib.

Bahadur Seyidov