Berdiməhəmmədov Ərdoğana məktub göndərdi



 16:54 04.04.2023     312

Türkmənistan xalq işləri naziri və keçmiş prezident Qurbanqulu Berdiməhəmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana məktub göndərib.

Demedia.az xəbər verir ki, bu barədə “Türkmənistan” qəzetində xəbər dərc edilib. Məktubda Qurbanquli Berdiməhəmmədov Türkmənistan-Türkiyə qardaşlığına diqqət çəkərək, “İlk növbədə Türkmənistana və Türkmən xalqına göstərdiyiniz dərin hörmətə, Türkmənistanın güclənməsinə verdiyiniz töhfələrə görə sizə təşəkkür edirik” deyə qeyd edib.

Berdiməhəmmədov türk xalqlarının inkişafı, qlobal sülh, təhlükəsizlik, sabitliyin möhkəmləndirilməsi və davamlı inkişaf naminə beynəlxalq ictimaiyyətin fəaliyyətində fəal iştirakın iki ölkənin ortaq mövqeyi olduğunu bildirib.

Bahadur Seyidov